Dünya futbolu

“Karyeramda Qurban Qurbanovun böyük rolu olub” – ispaniyalı baş məşqçi

Hazırda İngiltərənin “Sauthempton” klubunun baş məşqçisi Ruben Selles Azərbaycanda çalışdığı dönəmdən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis Qurban Qurbanovla bərabər işləməsindən və ölkəmizdə qazandığı təcrübədən söz açıb:

“Ralf Hasenhüttll kimi məşhur, Qurban Qurbanov və Yess Torup kimi az tanınan məşqçilərlə çalışmışam. Onların yanında böyük təcrübə qazandım. Karyeramda azərbaycanlı mütəxəssisin böyük rolu olub. Həmin il Çempionlar Liqasının qrup mərhələsində çıxış etdik. Azərbaycan futbolu tarixində bir ilki yaşamışdıq”.

Selles 2015-17-ci illərdə “Qarabağ”da baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43