Dünya futbolu

“Barselona” meksikalı futbolçu transfer etdi – FOTO

Amerika klubu “Los-Anceles Qalaksi”nin müdafiəçisi Xulian Arauxo karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi 21 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb. Arauxo 2026-cı ilə qədər “Barselona” forması geyinəcək.

La Liqa klubu meksikalı futbolçu üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Onun yaxın günlərdə İspaniyaya gəlməsi gözlənilir.

Arauxo ötən il MLS-də 31 oyun keçirib və 5 assist edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43