Ölkə futbolu

“Kəpəz”in kapitanı azarkeşlərə niyə əsəbləşib?

Misli Premyer Liqasının XXIII turunda “Kəpəz” evdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi görüşdən qalib ayrılsa da, oyunun ardından komandanın kapitanı Yusif Nəbiyev əsəbi şəkildə soyunub-geyinmə otağına yollanıb.

Buna səbəb futbolçunun azarkeşlərlə razılaşmaması olub. Belə ki, matçın ardından bir qrup tərəfdar baş məşqçi Tərlan Əhmədovu istefaya çağırıb. Komandanın qalib gəldiyi görüşdə belə azarkeşlərin bu mövqeyi kapitanın xoşuna gəlməyib.

Xatırladaq ki, “Kəpəz” ötən tur “Turan Tovuz”a məğlub olduqdan sonra da tərəfdarlar baş məşqçini istefaya səsləmişdilər.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43