“Sabah”ın aparıcı üzvü Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət edilib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kaşuk Danimarka və İtaliyaya qarşı keçiriləcək yoxlama matçlarında komandasına kömək olmalıdır.
Ukrayna martın 24-də Danimarka, 27-də isə İtaliya önünə çıxacaq.