Müsahibə Ölkə futbolu

“Azarkeşlərə 100 faiz söz verirəm ki, biz Premyer Liqada qalacağıq” – Yeqor Xvalko

“Kəpəz”in futbolçusu Yeqor Xvalkonun idmanxber.az saytına müsahibəsi

– “Neftçi” oyunu ilə bağlı fikirlərin…

– Hesab edirəm ki, nəticə bizim üçün pis sayılmamalıdır. Unutmayaq ki, rəqib “Neftçi”dir. Matç haqda danışası olsam, cəmi 10 dəqiqə pis oynadıq və həmin vaxtlarda da səhvlərimizdən 2 qol buraxdıq. Ümid edirəm ki, toparlanacağıq və irəliyə doğru gedəcəyik. Hələ qarşıda 9 tur var və biz Premyer Liqada qalmaq istəyirik. Düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. Bu il keçirdiyimiz oyunlara baxanda görünür ki, artırmışıq, hesab baxımından da yaxşıyıü. Elə bu oyuna baxanda hər şey göz qabağında idi.

– Bu gün qələbə qazana bilərdiniz. “Neftçi”ni məğlub etmək üçün nə çatışmadı?

– Bəli, doğru deyirsiniz, qələbə qazana bilərdik. İstəyimizə çatmamağa səbəb ilk öncə səhvlərimiz, ikincisi isə rəqibin “Neftçi” olmağı oldu. Onlar əllərinə düşən şansdan maksimum yararlanırlar. Məncə, bu tək bizim səhvlərimizin olmağı yox, həm də “Neftçi”nin yaxşı oyun göstərməsi oldu. Ona görə də heç-heçəni ədalətli nəticə saymaq olar. Ən əsası son dəqiqələrsə rəqibin hesaba alınmayan qolu idi. Nəhayət ki, VAR bizim lehimizə də qərar verdi.

– Sonuncu pillədəki komandayla aranızda 4 xal fərq var…

– Düzünü deyim ki, turnir cədvəlinə baxanda geriyə yox, irəliyə getmək niyyətimiz var. Biz “Turan Tovuz”a çatmaq barədə düşünürük. Qarşıda 9 oyunumuz var, bunu bacara bilərik. Hələ onlarla da görüşəcəyik. Elə bir dönəm var idi ki, turnir cədvəlindəki mövqeyimiz bizi məyus edirdi. İndi isə vəziyyət dəyişib.

– Çempionat fasilə yarandı. Bi sizə faydalı olacaq, yoxsa əksinə?

– Məncə tam yerinə düşdü, bizə toparlanmaq üçün istirahət lazımdır. Düşünürəm ki, bu fasilədən istifadə edərək, mövsümün geridə qalan hissəsinə daha yaxşı hazırlaşacağıq. Bizdə həmişə belə fasilələrdən sonra yüksəliş olur. Həftədə 6 gün məşq edirik, ona görə də məncə istirahət yaxşı oldu və bu bizim xeyrimizdir.

– Bəzi oyunlarda yaxşı oynasanız da, nəticə ürək açan olmur. Fanatlara komandanın liqada qalacağı sözünü verirsiniz?

– Şəxsən mən? Bəli, söz verirəm. Azarkeşlərimizi 100 faiz əmin edə bilərəm ki, biz Premyer Liqada qalacağıq.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43