Dünya futbolu

Kavani Fransanın ən yüksək ödənişli futbolçusu olacaq

PSJ-nin forvardı Edinson Kavani komandayla yeni müqavilə imzalamağa yaxındır.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı futbolçu gələn həftə 2020-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalayacaq.

Bununla da o, Fransa çempionatının ən yüksək ödənişli futbolçusuna çevriləcək. Hazırda ən yüksək məvacib PSJ-nin kapitanı Tyaqo Silvadadır ( aya 1,1 milyon avro).

Xatırladaq ki, hazırki məvacibi ayda 800 min avro olan Kavani bombardirlər siyahısının lideridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43