Kateqoriyasız

Kaxaber Sxadadze: “Oyundan sonra futbolçulara dedim ki..”

Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verildi. İlk oyunda “Bakı”nı qəbul edən “İnter” 7-0 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra bu fikirləri səsləndirib:

“Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43