Premyer Liqa

“Kəpəz” istirahəti başa vurdu

Azərbaycan Premyer Liqasının XXI turunda Gəncədə AZAL-la qarşılaşacaq “Kəpəz” bu gün məşqləri bərpa edəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşıdakı oyun üçün hazırlığa Bakıda start verəcək “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək. Komandanın bu günə olan hazırlıq prosesi saat 15:00-a təyin olunub. Sabahkı məşq isə saat 11:00-da başlayacaq.

“Kəpəz” martın 4-də Gəncəyə gələcək və oyun öncəsi son çalışmasına matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43