İdman

“Kəpəz”dən “Sumqayıt”a

“Sumqayıt” 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq, “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Əliyev “Bakı”, “Qarabağ” və “Qəbələ”də çıxış edib. O, Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43