İdman

“Kəpəz”in legionerinə ağır cəza, kluba cərimə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 12-ci turunun “Kəpəz” – “Səbail” matçında “Kəpəz” və “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu səbəbdən hər iki klub 800 manat cərimə olunub.

Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Dedimar Fereyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu  səbəbdən futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43