İdman

“Keşlə” hücumçusunu tapdı – RƏSMİ

“Keşlə” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, Bakı təmsilçisi mövsümün sonunda “Sumqayıt”dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A. Yunanov ötən mövsüm 10 qolla Azərbaycan Premyer Liqada Baqali Dabodan (13 qol) sonra ən sərrast 2-ci futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43