“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələn mövsüm “Barselona”da işləməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis İngiltərə klubundan ayrıldıqdan sonra məşqçiliyə fasilə verəcək. Klopp bu səbəbdən də “Barselona”nın prezidenti Joan Laporta ilə görüşməyi nəzərdə tutmayıb.
Yanvarın 26-da almaniyalı mütəxəssis 2023/24 mövsümünün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. İki gün sonra “Barselona”nın baş məşqçisi Xavi də mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.