Dünya futbolu

Klublararası Dünya Kuboku başlayır

FİFA tərəfindən keçirilən Klublararası Dünya Kuboku BƏƏ-nin iki şəhərində – Abu Dabi və El Ayndə oynanacaq

Turnirdə Ötən mövsüm Çempionlar Liqasını qazanan “Real” klubu da iştirak edəcək. Madrid təmsilçisi yarışa yarımfinal mərhələsindən qoşulacaq. 19 dekabrda keçirələcək yarımfinal matçında “Real”ın rəqibi “Kaşima Antlers” : “Quadalajara” görüşünün qalibi olacaq.

2018 FİFA KDK-nun final qarşılaşması isə dekabrın 22-si Abu Dabidəki “Zayed” staidonunda keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm “Real” Braziliyanın “Qremio” klubunu 1:0 hesabı ilə məğlub edərək bu kuboku 3-cü dəfə qazanamışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43