“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan kubokunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.
İdmanxeber.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 3:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
“Kubok oyunu çempionat matçından fərqli olur. Burada komandalar daha istəkli oynayırlar. Çünki cütün taleyi iki oyundan ibarətdir. 3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandam da sona qədər qələbə üçün oynadı”.