Kateqoriyasız

Mahir derbidə Maradonanı xatırlatdı, ancaq… – VİDEO

Xorvatiya çempionatında 9-cu turdan təxirə salınmış bir oyun keçirilib.

İdmanxeber.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su əzəli rəqiblərindən olan “Hayduk”la qarşılaşıb və məğlub olub – 0:1.

Mahir bu görüşün də iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

O, hətta 21-ci dəqiqədə 4-5 rəqibini keçsə də, qol vura bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43