Kateqoriyasız

“Qarabağ” “Qəbələ”yə qalib gəldi, Zirədə hesab açılmadı – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Günün digər matçında “Zirə” “Neftçi”ni qəbul edib. Görüşdə hesab açılmayıb.

Cavab görüşləri aprelin 29-u keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinal

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ” – 1:3
Qollar: 
Asif Məmmədov, 5 – İsmayıl İbrahimli, 16, İbrahima Vadji, 87, Kadi Borqes, 90+3 (penalti)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

20:00. “Zirə” – “Neftçi” – 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43