İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkatması olub.
İdmanxeber.az-ın məlumatına görə, yarımfinal mərhələsində iki əzəli rəqib “Barselona” ilə “Real” qarşılaşacaq. Final üçün mübarizə aparacaq digər iki komanda isə “Valensiya”yla “Betis” olacaq.
Qeyd edək ki, “El Klasiko”nun ilk matçı fevralın 6-sı “Nou Kamp”da keçiriləcək. Cavab qarşılaşması isə 27-si “Santiaqo Bernabeu”da oynanacaq.
Əzəli rəqiblər martın 2-də isə La Liqanın 26-cı turunda qarşı-qarşıya gələcəklər.