Azərbaycan Premyer Liqasında 16-cı turunun “Zirə” – “Sabah” matçı (2:0) qonaq komandanın yeni transferi Kristian da Silva Fil üçün ilk olub.
Qarşılaşmanın 59-cu dəqiqəsində Abdulla Xaybulayevin əvəzinə meydana daxil olan braziliyalı yarımmüdafiəçi Premyer Liqada debüt edib.
“Sabah”ın mətbuat xidmətinin məlumatına görə, o, həmyerlisi Vanderson Nasimentodan sonra “Sabah”ın heyətində Premyer Liqada meydana çıxan ikinci braziliyalı futbolçu olub. Vanderson 2018/19-cu il mövsümündə “Sabah”da oynayıb.