Kateqoriyasız

“Zirə”nin yeni “qol silahı”: “Bu hissi sevirəm”

“Zirə”nin heyətində qolları sıralayan yeni transfer Hamidu Keyta “Sabah”la Premyer Liqa oyunundan (2:0) sonra “instaqram” hesabında paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, ötəngünkü oyunda dubl edən 27 yaşlı Seneqal əsilli fransalı hücumçu bunları qeyd edib:

“Bu hissi sevirəm. Diqqət mərkəzində qal”.

“Zirə” Keytanı qış transfer pəncərəsi dövründə transfer edib. Keyta paytaxt komandasının heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43