25 Noyabr 2024
İdman

Kurtua dünyanın ən çox qazanan qapıçısı olacaq

İngiltərənin “Çelsi” klubu Tibo Kurtuanı dünyanın ən ödənişli qapıçısı etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi bonuslar da daxil olmaqla, 25 yaşlı belçikalı qapıçının həftəlik 100 min funt sterlinq olan məvacibini ikiqat artırmağa hazırdır.

Bildirilir ki, Kurtua təklifi qəbul edərək, “Çelsi” ilə 2023-cü ilin iyununa qədər müqavilə bağlayacaq. Onun mövcud sözləşməsinin müddəti 2019-cu ilin yayınadəkdir.

Qeyd edək ki, Tibo Kurtua “Çelsi”iyə 2011 – 2014-cü illərdə formasını geyindiyi İspaniya “Atletiko”sundan keçib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43