İdman

Fatih Terim rəsmən müqavilə bağladı

Fatih Terimin “Qalatasaray”a keçidi rəsmiləşib.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  64 yaşlı mütəxəssis bu gün 1.5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, bu, Terimin “Qalatasaray”a 4-cü gəlişidir. O, 1996 – 2000, 2002 – 2004 və 2011 – 2013-cü illərdə də İstabul klubunu çalışdırıb. Terim “sarı-qırmızılar”a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43