İdman

“Barselona”nın “Real”a qarşı “18”liyi

La Liqanın XVII turu çərçivəsində sabah “Real”la qarşılaşacaq “Barselona”nın iştirak ərizəsi açıqlanıb. İdmanxeber.com-un məlumatına görə, zədəli Samuel Umtiti və yenicə sıraya dönən Usman Dembelenin adı tərəfindən heyətə daxil edilməyib.

 

Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde Madridə 18 futbolçu aparıb.

 

Qapıçılar: Mark-Andre ter Ştegen, Yasper Sillessen

Müdafiəçilər: Nelson Semedo, Xerard Pike, Xordi Alba, Luka Din, Xavyer Maskerano, Aleyş Vidal, Tomas Vermalen

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Denis Suares, Andres İnyesta, Paulinyo, Andre Qomeş

Hücumçular: Luis Suares, Lionel Messi

 

Qeyd edək ki, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə 16:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43