İdman

Yunis Hüseynov: “Sizinlə görüşməyimizin də əsas səbəbi budur”

“Kəpəz” baş məşqçisi Yunis Hüseynov klubun əvəzedici heyəti və aşağı yaş qruplarında çalışan məşqçilərlə görüşüb. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə şəhər stadionunun bazasında keçirilən görüşdə Hüseynovun köməkçiləri Yaşar Vahabzadə və Vidadi Rzayev də iştirak edib.

Klubdakı məlum məşqçi dəyişikliklərindən danışan Y.Hüseynov  böyük futbolun inkişaf yolunun uşaq futbolundan keçdiyini bildirməklə bu sahəyə diqqət ayırmağın, yeni oyunçu nəsli yetişdirməyin vacibliyindən danışıb: “Vəziyyətlə tanışam, irəliləyişə nail olmaq üçün uyğun şəraitin yaradılması əsas şərtdir. Bu yöndə işlər görüləcək və tədricən uşaq futbolunda vəziyyət düzələcək. “Kəpəz” həmişə öz yetirmələri ilə tanınıb və uğur qazanıb. İstedadlı oyunçular tapıb, onları komandamız üçün yetişdirməliyik. Lap aşağı yaş qruplarından əsas komandaya kimi yaxşı kollektiv formalaşdırmalıyıq. Sizinlə görüşməyimizin də əsas səbəbi budur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43