21 Dekabr 2024
Kateqoriyasız

Legioneri “Qarabağ”dan bu məbləği istəyir

“Qarabağ” Patrik Andrade ilə yeni müqavilə barədə danışıqları davam etdirir.

Ağdam təmsilçisi hazırkı müqaviləsi iyun ayında başa çatacaq yarımmüdafiəçi ilə maliyyə məsələsində razılığa gələ bilmir. Klub rəhbərliyi 29 yaşlı futbolçunun ilinə 400 min dollar təklif edir. Andrade isə 550 min dollar tələb edir.

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” Kabo-Verde millisinin üzvünə son təklifini etməyə hazırlaşır. Patrik bu təkliflə razılaşsa, onun illik gəliri 450 min dollar olacaq. (sportlife.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43