Kateqoriyasız

Azərbaycan kubokunda cavab oyunlarının təqvimi bilindi

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, eyni gündə keçiriləcək görüşlər aprelin 29-da baş tutacaq.

İlk finalçı “Qarabağ” – “Qəbələ” qarşılaşmasında bəlli olacaq. Ardınca “Neftçi” “Zirə”ni qəbul edəcək. Hər iki matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku, yarımfinal, cavab oyunları

29 aprel

17:30 Qarabağ – Qəbələ
“Azersun Arena” 

20:30. Neftçi – Zirə
8-ci km stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43