Premyer Liqanın IV turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "İnter" bu matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda heyətdə bir zədəli futbolçu var. Belə ki, 2 həftə bundan öncə zədələnən Mirzağa Hüseynpur Lənkərandakı matçı buraxmalı olacaq. Əvəzində Benitez və Elvin Məmmədov zədəsini sağaldıblar. Sxadadze şans verəcəyi təqdirdə bu futbolçuları "Fırtınalar meydanı"nda görəcəyik.
Qeyd edək ki, "Xəzər Lənkəran" – "İnter" matçı avqustun 30-da, saat 20:00-da başlayacaq.