UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Lex” klubu azarkeşlərinə müraciət edib.
İdmanxeber.az Poznan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Poznan klubu azarkeşlərdən maksimum dəstək istəyib:
“Komandamızı Çempionlar Liqasının I təsnifat mərhələsində çətin tapşırıq gözləyir. Çünki Avropa meydanlarında böyük təcrübəsi olan rəqiblə üz-üzə gələcəyik. “Qarabağ” ardıcıl 8-ci ildir, avrokuboklarda qrup mərhələsində yer alır. Ötən mövsüm Konfrans Liqasında yarışan komanda H qrupunda yalnız “Bazel”dən geri qaldı və 2-ci yeri tutdu. Pley-offda isə Azərbaycan təmsilçisi “Marsel”ə (1:3, 0:3) məğlub olaraq, turnirdə mübarizəni dayandırdı.
Bu matçda 12-ci oyunçunun əhəmiyyəti çox böyük olacaq. Poznan stadionunun tribunalarında bizimlə olun”.
İyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.