Kateqoriyasız

Nazir “Qarabağ”ın oyununa görə Respublika stadionuna getdi

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

İdmanxeber.az xəbər verir ki, nazir “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

Klubun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova zaman ayırıb, işlərlə tanış olduğu üçün təşəkkür edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43