“Leypsiq” futbolçusu Luis Opendaya dəyərini bəlirləyib.
İdmanxeber.az məlumat verir ki, Bundesliqa təmsilçisi 24 yaşlı hücumçusunu 100 milyon avroya satmağa hazırdır. O, müqavilədəki bəndə görə 2025-ci ildə 80 milyon avroya satıla bilər.
Openda bu mövsüm 39 oyunda 25 qol vurub.
Onun komandayla müqaviləsi 2028-ci ilə qədərdir.