”Milan” Viktor Bonifaseni transfer edə bilər.
İdmanxeber.az insayder Canluka Di Marzioya əsasən xəbər verir ki, “rossoneri” “Bayer”in forvardı üçün 45-50 milyon avrosundan keçməyə hazırdır.
3 aylıq zədənin ardından ötən günlərdə meydanlara qayıdan nigeriyalı hücumçu bu mövsüm “Bayer”in heyətində 25 oyuna çıxıb, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.