İdman

Liderlər qələbəyə həsrət qaldı

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki matç baş tutub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qəbələ" AZAL-ın qonağı olub. İlk hissəsi qolsuz başa çatan görüşün ikinci yarısında hesabı "Qəbələ" açsa da, Tərlan Əhmədovun başçılıq etdiyi komanda son dəqiqədə hesabı bə
abərləşdirə bildi – 1:1.

Lider "Qarabağ" "Zirə" ilə qarşılaşıb. Bu oyundan qol səsi çıxmayıb – 0:0

9 mart

15:30. AZAL – “Qəbələ” 1:1

Qol: Tellur Mütəllimov, 53 (0:1), Nuqzar Kvirtiya, 89 (1:1)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə

“AZAL Arena”

18:30. “Zirə” – “Qarabağ” 0:0 

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43