Dünya futbolu

Litvalı futbolçunun “Qarabağ” arzusu

Litvanın “Jalqiris” klubu Çempionlar Liqasının II təsnifat mərhəlsəində Bolqarıstanın “Ludoqorets” klubu ilə qarşılaşacaq.

Komandanın kapitanı Mantas Kuklis açıqlamasında püşkatmanı dəyərləndirib. 29 yaşlı yarımmüdafiəçi “Qarabağ” və “Partizan”a rəqib olmaq istədiklərini söyləyib:

“Bizim üçün “Qarabağ” və “Partizan” daha münasib rəqib idilər. Fikrimcə, “Ludoqorets” daha güclü komandadır. Rəqibimiz Çempionlar Liqasının qrup mərhələsindı oynamış komandadır. Güclü komandalara qarşı mübarizə maraqlı olsa da, “Qarabağ” və ya “Partizan”ı arzu edirdik. Ötən il “Astana” ilə oyunlarda bəxt bizdən üz döndərmişdi. Bu il ümid edirəm ki, belə olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43