İdman

Məşhur basketbolçunun oğlu Azərbaycan klubunda

Azərbaycanın “Olimpik Şəki” klubu qış transfer pəncərəsində heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.

İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/1994 mövsümündə əfsanəvi “Hyuston Rokets”də Milli Basketbol Liqasının (NBA) çempionu olub.

Qeyd edək ki, Larri Robinson sonuncu görüşdə “Sabah” klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43