İngiltərənin “Vest Hem” klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəmə qarşısına çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, buna 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.
Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.
İddiaya görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.