Kateqoriyasız

De Byazi “Milan”ın çempionluğundan danışdı

Milli komandamızın baş məşqçisi Canni De Byazi “Milan”ın A seriyasını qazanması barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə,italyan mütəxəssis “qırmızı qaralar”ın çempionluğa layiq olduğunu söyləyib:

“Milan” Skudettonu qazanmağa çox layiqdir. Bu, baş məşqçi Stefano Pioli üçün şəxsi qisasdır. O, işini və çətin situasiyalardan necə çıxmaq lazım olduğunu bilir. Unutmayaq ki, iki il əvvəl Pioli qovulmaq üzrə idi və yerinə Ralf Ranqnik gətiriləcəkdi. Pioli çətin mühitdədir, lakin yüksək səviyyəyə çatıb. Bu il “Milan”ın bəzi matçları möhtəşəm keçdi. Qalib gəlmək heç vaxt asan olmur.

“Milan”ın çempionluğunda təcrübənin də önəmi var. Təsadüfi deyil ki, komandada Zlatan İbrahimoviç və Oliviye Jiru kimi futbolçular oynayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qəbələ” “Səbail”ə uduzdu

admin

Günün canlı oyunları – Etopaz-da

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin