Mahir Emrelinin adı “Dinamo”nun Çempionlar Liqası III təsnifat mərhələsində Yunanıstan AEK-inə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini daxil edilib.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi UEFA-ya 24 nəfərlik siyahı təqdim edib.
“Dinamo” ilə AEK arasında ilk oyun avqustun 8-də Afinada, cavab matçı isə 1 həftə sonra Zaqrebdə keçiriləcək.