Kateqoriyasız

Mahirli “Dinamo”nun “Sevilya” sınağı

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiyanın “Dinamo” klubu doğma meydanda “Sevilya”nı qəbul edəcək.

Mahirin bu görüşə əsas heyətdə başlayacağı gözlənilir.

Komandalar arasında İspaniyada baş tutan görüşdə xorvatlar 1:3 hesabıyla uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43