28 Dekabr 2024
Dünya futbolu

“Mançester Siti” və “Çelsi”dən Superliqa qərarı

Premyer Liqa klubları Superliqada iştirakdan imtina etdiklərini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”, “Çelsi” və “Tottenhem” bu barədə açıqlama verib. Hər üç klub Avropa Məhkəməsinin qərarı ilə mövqelərinin dəyişmədiyini vurğulayıb.

Bundan əvvəl “Mançester Yunayted” Superliqada iştirakdan rəsmən imtina etmişdi.

“The Telegraph” xəbər verir ki, İngiltərə klubları Superliqaya qatılacaqları təqdirdə ölkə çempionatından kənarlaşdırıla bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43