“Benfika”nın qapıçısı Ederson Santana “Mançester Siti”yə keçib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Lissabon klubunun rəsmi saytı xəbər yayıb.
“Şəhərlilər” braziliyalı qapıçı üçün “Benfika”ya 40 milyon avro ödəyib. Britaniya mətbuatı 23 yaşlı qolikiperlə 5 illik müqavilə imzalandığını yazıb.