Dünyadan

“Mançester Yunayted” Herri Keyn üçün pusquda dayanıb

İngiltərə futbolunun çox şeylər gözlədiyi futbolçulardan biri olan Herri Keynin hal-hazırda “Tottenhem” ilə yeni müqavilə haqqında danışıqları davam edir.

İdmanxeber.com-un məlumatına görə, müqaviləsi 2020-ci ildə bitəcək olan futbolçunun maaşını yüksəldib, yeni bir kontrakt imzalamaq istəyən “Tottenhem” isə Herri Keyn ilə keçirdiyi ilk görüşdən mənfi cavab alıb.

Görüşlər hələlik dayanarkən, araya “Mançester Yunayted”in girməyə hazırlandığı iddia edilir.

“Tottenhem”dən həftədə təxminən 60 min funt qazanan Keyn üçün “Mançester Yunayted” həftəlik 150 min pound verə biləcəyini bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43