"Mançester Yunayted" mövsümün sonunda "İnter"ə transfer olunacaq Nemanya Vidiçə əvəz axtarmağa başlayıb.
Serbiyalı futbolçunun əvəzinə ən real namizəd "Atletiko"da çıxış edən Joao Mirandadır. "Şeytanlar"ın baş məşqçisi Devid Moyes 29 yaşlı braziliyalını komandasında görmək istəyir. Hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.