İtaliya mediası "Qalatasaray"ın baş məşqçisi Roberto Mançininin komandadakı gələcək taleyi ilə bağlı müxtəlif iddialar ortaya atır.
Sözügedən ölkə KİV-i Superliqada "Fənərbağça"dan 9 xal geridə olan "Cim-Bom"un sezon sonunda bir nəticə əldə edə bilməyəcəyi təqdirdə Mançininin komandadan göndəriləcəyini yazıb.
Belə olacağı halda təcrübəli mütəxəssisin İtaliya yığmasının baş məqşçisi olacağı mətbuatda yer alan xəbərlər arasındadır.