Dünya futbolu

Martin Şkrtel: “Azərbaycan heç də münasib rəqib deyil”

AVRO 2020-nın seçmə mərhələsindəki rəqiblərimizdən olan Slovakiya millisinin futbolçusu Martin Şkrtel yerli mətbuata müsahibə verib. O, qruplarının heç də asan olmadığını bildirib:

“Qrupda Xorvatiyanın aşkar favorti olduğunu düşünürəm. Uels, Macarıstan və Slovakiya bir-birlərinə yaxın komandalardır. Bu komandalar arasında çox gərgin mübarizə gedəcək. Uels komandasının ən böyük silahı təbii ki, Beyldir. Macarlarla olan oyunları isə derbi adlandırmaq qolar. Ancaq Azərbaycanı da unutmaq olmaz. Heç də münasib rəqib deyil. AÇ-2020-nin bəzi oyunları Bakıda keçiriləcəyindən onlar final mərhələsinə yüksəlmək üçün mümkün olan hər şeyi edəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43