“Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı məlum olub.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, komanda yanvarın 5-də Bakıda toplaşacaq. İlk olaraq yerli futbolçular bir araya gələcək. Legionerlər isə yanvarın 9-10-da düşərgəyə qoşulacaq.
Mərdəkandakı “Dalğa Arena”da hazırlıqlara start verəcək “Rəvan” 1 həftə ərzində Bakıda məşq edəcək. Yanvarın 14-dən etibarən isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Ayın 26-da Türkiyə toplanışını başa vururaq vətənə dönəcək “Rəvan” çempionatda 3-cü dövrənin startına qədər olan müddətdə Bakıda hazırlıqları yekunlaşdıracaq.
Qeyd edək ki, qardaş ölkədə 4 yoxlama görüşü keçirmək planlaşdırılır.