Dünyadan

Məşhur futbolçu baş məşqçi oldu

Fransa millisinin keçmiş üzvü və 1991-ci il “Qızıl top”un sahibi Jan Pyer Papen yaxın günlərdə “Oser”in baş məşqçisi təyin ediləcək.

İdmanxeber.com-un məlumatına görə, klubun Çindən olan yeni investorları baş məşqçi postunda dünya şöhrətli sima görmək istəyirlər. Məhz bu səbəbdən də 53 yaşlı fransız dəvət edilir. O, həmçinin idman direktoru funksiyasını yerinə yetirəcək.

Papenin vəzifəsi komandanı 2-ci liqada saxlamaqdır. Hazırda klub 19-cu pillədə qərarlaşıb və 17-ci yerdən 2 xal geri qalır.

Xatırladaq ki, Papen bundan əvvəl “Strasbur”, “Lans” və “Şatoru”da məşqçi kimi çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43