Dünya futbolu

“Messi bu mükafata layiq idi” – Ronaldo

FİFA “The Best” mükafatlandırma mərasimi sona çatıb.

İdmanxeber.az-ın məlumatına görə, ötən ilin ən yaxşı futbolçusu Lionel Messi seçilib. Məsrasimdə bir çox məşhur isimlər də yer alıb.

İştirakçılardan biri olan Braziliyanın əfsanəvi futbolçusu Ronaldo Nazairo onun bu uğuru haqq etdiyini açıqlayıb:

“Messi ən böyük turniri – dünya çempionluğunu qazandı. O, çempionatda parladı. Bu mükafata layiq idi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43