PSJ-nin futbolçusu Lionel Messi antirekordla yadda qalıb.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı argentinalı Çempionlar Liqasında penaltidən ən çox yararlana bilməyən futbolçulardan biri olub.
Messi ÇL-in 1/8 final mərhələsinin “Real”la ilk oyununda penaltini boşa verib. Bununla da o, ən nüfuzlu turnirdə 5-ci dəfə penaltini qaçırmış olub. Bununla o, Tyerri Anriyə şərik olub.