“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin çıxışını yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis argentinalı futbolçu barədə bunları deyib:
“Harada oynamasından asılı olmayaraq, rəqabət ruhunu və qalib gəlmək arzusunu saxlayıb. Mən hələ də Messini “Barselona”da olduğu kimi, hər şeyi qazanmaq arzusu ilə görürəm”.
Hazırda “İnter Mayami” 4 turdan sonra 7 xal toplayaraq Şərq Konfransının turnir cədvəlində birinci yerdədir.