Dünyadan

Messiyə fantastik təklif – 5 ilə 500 milyon avro

Çinin  “Hebey Çayn Forçun” komandası “Barselona”nın forvardı Lionel Messini heyətinə qatmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, Asiya klubunun təmsilçiləri Messiyə 5 illik müqavilə təklif etməyə hazırdır. Buna əsasən onun məvacibi vergiləri çıxdıqdan sonra ilinə 100 milyon avro olacaq.

Xatırladaq ki,  2010-cu ildə təsis edilən Hebey klubunda Esekiel Lavezzi , Jervinyo , Stefan Mbia və Qael Kakuta oynayır. Komandanın baş məşqçisi isə Manuel Pelleqrinidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43