“Miçel Azərbaycan vətəndaşlığı almaq üçün qanunvericilikdə tələb olunan şərtlərdən birinə uyğun gələ bilər. Bu da Azərbaycanda 5 il yaşamaq məsələsidir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Miçelion milliləşdirilməsi ilə bağlı xəbəri təkzib edərkən deyib.
Qurum rəsmisi daha sonra sözlərinə belə davam edib:
“İspaniyalı futbolçu 2015-ci ildən ölkəmizdə çıxış edir. Yəni, hazırda belə bir şey mümkün deyil. Digər tərəfdən, hansısa futbolçunun milliləşdirilməsi üçün ilk növbədə baş məşqçinin istəyi və oyunçunun razılığı olmalıdır. Yalnız bundan sonra AFFA FIFA-nın qaydalarına uyğun olaraq, milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Hazırda Miçellə bağlı belə bir məsələ müzakirə mövzusu deyil”.